“
Bunu “Report”un Rusiya bürosuna Rusiya Diplomatları Assosiasiyasının sədr müavini, Rusiya Federal Şurasının Federal Məclisinin sədr müavininin köməkçisi Andrey Baklanov deyib.
O, Azərbaycan Prezidentinin forumdakı nitqini çox düşünülmüş olduğunu, Qafqaz regionundakı vəziyyəti daha geniş regional kontekstdə daha aydın təqdim etmək üçün lazım olan zəngin faktlar təqdim etdiyini bildirib: “Həmçinin dünyanın inkişafı istiqamətinə dair Prezident Əliyevin dəyərləndirməsi də bizim üçün çox maraqlı oldu”.
Onun fikrincə, Azərbaycan Valday forumunda Qafqazdakı vəziyyəti yoluna qoymağa yönələn xeyli maraqlı fikirlər irəli sürüb: “Bu ilki Valday Forumunun xüsusiyyəti məhz Şərq siyasətinə, iqtisadiyyatına, maliyyəsinə daha çox diqqət yetirmək, Şərqə doğru açılmaq olub. Azərbaycandan Avrasiyada media məkanının yenidən qurulması, onu daha müsbət və sakit ovqata, inkişaf məsələlərinə, əvvəlki münaqişə və böhran vəziyyətlərindən yaxa qurtararaq yenilərinə yol verməməyə kökləməklə bağlı bir çox maraqlı siyasi, iqtisadi, əqli fikirlər gəldi. Azərbaycanın bu töhfəsinin çox böyük və hörmətə layiq olduğunu qeyd etməliyəm, cənab Əliyevin gəlişinə və söylədiyi nitqə yüksək maraq da elə bununla bağlıdır”.
“Nitqi zamanı
Rusiyalı deputat iki ölkə prezidentlərinin görüşünə dair də fikirlərini paylaşıb: “Prezidentlər arasında münasibətləri nümunəvi olaraq səciyyələndirə bilərik, buna həm də iki ölkənin bir çox siyasi xadimləri arasında şəxsi münasibətlərin də əlavə olunması mühüm məsələdir. Aramızdakı münasibətlər əsrlər boyu tarixdən qidalanan şəxsi münasibətlərə söykəndiyi üçün bu qədər möhkəmdir. Bunu da bizim böyük nailiyyətimiz kimi qəbul edərək qarşılıqlı fəaliyyətimizin yüksək səviyyəsini daha da gücləndirməyə səy göstərməliyik”.
İqbal Rüstəmov