Yuxarı

​Azərbaycanın XİN başçısı Brüsselə yola düşüb

Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin 125-ci sessiyasında iştirak etmək üçün Brüsselə yola düşüb. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Sessiya çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi