Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edib

Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edib Azərbaycanın səfiri Rəşad Novruz etimadnaməsini Ekvador Prezidenti Daniel Noboaya təqdim edib.
Xarici siyasət
29 Mart , 2024 15:09
Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edib

Azərbaycanın səfiri Rəşad Novruz etimadnaməsini Ekvador Prezidenti Daniel Noboaya təqdim edib.

“Report” xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Mən etimadnaməmi Ekvador Prezidenti Daniel Noboaya təqdim etmək və ölkələrimiz arasında əlaqələrin inkişafı üçün bu ölkənin xarici işlər naziri Qabriela Sommerfeld ilə məhsuldar danışıqlar aparmaq şərəfinə nail oldum. Azərbaycanın səfiri olmaqdan qürur duyuram”, - paylaşımda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi