Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Gürcüstana səfər edəcək

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Gürcüstana səfər edəcək Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sabah Gürcüstana səfər edəcək.
Xarici siyasət
5 İyul , 2022 15:09
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Gürcüstana səfər edəcək

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sabah Gürcüstana səfər edəcək.

Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

R.Nəbiyev birgünlük səfər çərçivəsində Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili və Baş nazir İrakli Qaribaşvili ilə görüşlər keçirəcək.

Tərəflər Azərbaycan və Gürcüstan arasında rabitə, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi