Azərbaycanın İstanbuldakı Baş Konsulluğu 5 gün işləməyəcək

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu 5 gün işləməyəcək Ölkəmizin İstanbuldakı Baş konsulluğu Azərbaycan vətəndaşlarına müraciət edib.
Xarici siyasət
17 Mart , 2023 16:07
Azərbaycanın İstanbuldakı Baş Konsulluğu 5 gün işləməyəcək

Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğu Azərbaycan vətəndaşlarına müraciət edib.

“Report” xəbər verir ki, bu barədə qurumun tvitter hesabında paylaşım edilib.

Bildirilib ki, Novruz bayramı münasibətilə Azərbaycanda elan olunan qeyri-iş günləri ilə əlaqədar martın 20-dən 24-dək Baş Konsulluq işləməyəcək.

Son xəbərlər

Orphus sistemi