Azərbaycanın Gürcüstandakı səfirliyində "qaynar xətt" yaradıldı

Xarici siyasət
  • 15 mart, 2020
  • 10:20
Azərbaycanın Gürcüstandakı səfirliyində qaynar xətt yaradıldı

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində "qaynar xətt" yaradılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.

"Qaynar xətt" (+995 577 06 50 50) vasitəsilə Gürcüstanda səfərdə olan Azərbaycan vətəndaşlarının mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması təmin olunacaq.

Qeyd edək ki, martın 14-dən etibarən Azərbaycan və Gürcüstan arasında gediş-gəliş 10 gün müddətinə məhdudlaşdırılıb. Hər iki tərəf vətənə dönmək istəyən vətəndaşların qayıtmasını təmin edir.

44 filmi