Yuxarı

Fransanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılacaq

Başsağlığı kitabı yanvar ayının 9-da saat 9.00-dan 18.00-a qədər açıq olacaq

Bakı. 8 yanvar. REPORT.AZ/ Parisdəki "Charlie Hebdo" satirik jurnalının redaksiyasında baş verən hücumda həlak olanlarla əlaqədar Fransanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı  açılacaq.

Səfirlikdən "Report"a bildiriblər ki, başsağlığı kitabı yanvar ayının 9-da saat 9.00-dan 18.00-a qədər açıq olacaq.

Xatırladaq ki, Fransa prezidenti Fransua Olland "Charlie Hebdo" satirik jurnalı redaksiyasında baş verən terror aktı nəticəsində ölənlərin xatirəsinə üçgünlük matəm elan edib.

Jurnalın redaksiyasına hücum nəticəsində 12 nəfər ölüb, 10 nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi