Yuxarı

​Azərbaycanın Əlcəzairdəki səfirinin maaşı müəyyənləşdirilib

Səfir 3850 ABŞ dolları məbləğində maaş alacaq

Bakı. 7 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. “Report”un xəbərinə görə, sərəncamla Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikasındakı səfirinin aylıq əməkhaqqı müəyyənləşdirilib.

Sənədə əsasən, Azərbaycanın Əlcəzairdəki səfiri 3850 ABŞ dolları məbləğində maaş alacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi