Azərbaycanın Çindəki diplomatı eyni zamanda Şimali Koreyada səfir vəzifəsini icra edəcək

Azərbaycanın Çindəki diplomatı eyni zamanda Şimali Koreyada səfir vəzifəsini icra edəcək Bakı. 18 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallının iqamətgahı Pekin şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Koreya Xalq Demokratik Respublikasında (Şimali Koreya) fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Xarici siyasət
18 Aprel , 2018 16:46
Azərbaycanın Çindəki diplomatı eyni zamanda Şimali Koreyada səfir vəzifəsini icra edəcək

Bakı. 18 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallının iqamətgahı Pekin şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Koreya Xalq Demokratik Respublikasında (Şimali Koreya) fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Əkrəm Akif oğlu Zeynallı iqamətgahı Pekin şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, sərəncam bu il aprelin 9-da imzalanıb.

Xatırladaq ki, Ə.Zeynallı 2017-ci ildən Azərbaycanın Çində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindədir.

Son xəbərlər

Orphus sistemi