Azərbaycanın bir sıra ölkələrə yeni səfirləri təyin edilib - SİYAHI

Azərbaycanın bir sıra ölkələrə yeni səfirləri təyin edilib - SİYAHI Prezident İlham Əliyev sərəncamlar imzalayıb
Xarici siyasət
12 Yanvar , 2016 18:30
Azərbaycanın bir sıra ölkələrə yeni səfirləri təyin edilib - SİYAHI

Bakı. 12 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Nərgiz Akif qızı Qurbanovanın Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, dövlət başçısının digər sərəncamıyla N.Qurbanovaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. 

Prezident İlham Əliyev həmçinin Murad Nizami oğlu Nəcəfbəylinin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Daşqın Məzi oğlu Şikarovun isə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında da sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi