Azərbaycanın ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunda sədrliyi başa çatıb

Azərbaycanın ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunda sədrliyi başa çatıb "Azərbaycanın ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunda (FSC) sədrliyi başa çatıb".
Xarici siyasət
6 aprel 2022 13:15
Azərbaycanın ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunda sədrliyi başa çatıb

"Azərbaycanın ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunda (FSC) sədrliyi başa çatıb".

“Report” xəbər verir ki, bunu Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli tviter hesabında yazıb.

“Bu gün Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunun iclasında iştirak edib. Yığıncaqda Azərbaycanın Forumdakı sədrliyinə yekun vurulub. Azərbaycan Foruma müvəffəqiyyətlə töhfə verdi və onun irəliləyişinə nail oldu”, - o bildirib.

Qeyd edək ki, Azərbaycanın ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunda sədrliyi cari ilin yanvar ayından başlamışdı. Bundan əvvəl Azərbaycan 2005-ci ildə də Foruma sədrlik edib.

Xatırladaq ki, ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunda (FSC) sədrlik il ərzində rotasiya qaydası ilə üç dəfə dəyişir. 

Son xəbərlər

Orphus sistemi