Azərbaycanda Əlcəzairin diplomatik nümayəndəliyi təsis edilib

Xarici siyasət
  • 22 yanvar, 2015
  • 07:51
Azərbaycanda Əlcəzairin diplomatik nümayəndəliyi təsis edilib

Bakı. 22 yanvar. REPORT.AZ/ Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycanda diplomatik nümayəndəliyi təsis edilib. Bu barədə "Report" Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, diplomatik nümayəndəliyin müvəqqəti işlər vəkili Abbes Benmoussat Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsində qəbul edilib.