Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti yaradılıb

Xarici siyasət
  • 05 mart, 2015
  • 07:01
Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti yaradılıb

Bakı. 5 mart. REPORT.AZ/ Tokioda Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti təsis edilib. "Report" Azərbaycanın Yaponiyadakı səfirliyinin məlumatına istinadən xəbər verir ki, cəmiyyətin yaradılması haqqında sənədin imzalanma mərasimi martın 4-də Tokioda keçirilib.  

İmzalanma mərasimində Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadə və Cəmiyyətin sədri Ken Matsuzava iştirak edib.