Azərbaycan XİN: "Ermənistanı məsuliyyətə cəlb edəcəyik"
Azərbaycan XİN: "Ermənistanı məsuliyyətə cəlb edəcəyik"Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcək.
Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov öz tvitter hesabında yazıb.
"Önümüzdəki günlərdə "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcəyik. İşğal zamanı azərbaycanlıların insan hüquqlarının 30 il ərzində pozulması qəbuledilməzdir", - o yazıb.
In the coming days, we will hold #Armenia to account for breaches of the International Convention on the Elimination of All Forms of Racial Discrimination. 30 years of human rights abuses against Azerbaijanis during occupation will not be tolerated.