Azərbaycan XİN erməni terrorçunun azad edilməsini kəskin qınadı

Azərbaycan XİN erməni terrorçunun azad edilməsini kəskin qınadı ​​​​​​​Azərbaycan Xarici İşlər Nazirliyi erməni terrorçu Hampiq Sasunyanın azad edilməsinə münasibət bildirib
Xarici siyasət
345
12 Mart , 2021 01:15
Azərbaycan XİN erməni terrorçunun azad edilməsini kəskin qınadı

Azərbaycan Xarici İşlər Nazirliyi Los Anceles Ali Məhkəməsi tərəfindən erməni terrorçu Hampiq Sasunyanın azad edilməsinə münasibət bildirib.

“Report”un məlumatına görə, nazirliyin tvitter səhifəsində edilən paylaşımda deyilir:

“Diplomatın qətlinə görə mühakimə olunan tanınmış və islah edilməmiş terrorçu H.Sassunyanın sərbəst buraxılması çox səhv siqnal verəcək və şübhəsiz ki, xüsusilə dünyanın ən böyük diplomatik korpuslarından birinə sahib dövlətdə diplomatiyanın mənafelərinə zərər verəcək”.

Xatırladaq ki, Türkiyə Respublikasının ABŞ-ın Los Angeles şəhərindəki Baş konsulu Kemal Arıkan erməni terrorçular Hampiq Sasunyan və Krikor Saliba tərəfindən 28 yanvar 1982-ci ildə qətlə yetirilib.

Saxlanılan H.Sasunyan ömürlük həbs cəzasına məhkum edilib, istintaqdan yayına bilən K.Saliba isə həmin ildə Livandakı vətəndaş müharibəsində öldürüldüyü iddia edilib.

Son xəbərlər

Orphus sistemi