Azərbaycan XİN Xorvatiya və Sloveniyanı təbrik etdi
- 25 iyun, 2020
- 13:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Xarici İşlər Nazirliyi Xorvatiya və Sloveniyanı Dövlətçilik Günü münasibətilə təbrik edib.
“Report”un xəbərinə görə, təbrik mətni XİN-in rəsmi “Twitter” səhifəsində yayılıb.
"Biz sizi Xorvatiya Respublikasının milli bayramı olan Dövlətçilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Bu əlamətdar gündə dost Xorvatiya xalqına möhkəm cansağlığı, sülh və firavanlıq diləyirik”, - Xorvatiyaya ünvanlanan təbrikdə qeyd olunub.
Xarici İşlər Nazirliyi həmçinin Sloveniyanı da milli bayram münasibətilə təbrik edib:
"Biz Sloveniyanı milli bayramı olan Dövlətçilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Bu əlamətdar gündə dost Sloveniya xalqına möhkəm cansağlığı, tərəqqi və sülh, həmçinin firavanlıq diləyirik”.