Azərbaycan XİN soydaşlarının Yəməndən təxliyyə edilməsinə görə Rusiyaya təşəkkürünü bildirib

Azərbaycan XİN soydaşlarının Yəməndən təxliyyə edilməsinə görə Rusiyaya təşəkkürünü bildirib Türkiyə də Azərbaycan vətəndaşlarının təxliyyəsinə köməklik göstərməyə hazırlığını bildirmişdi
Xarici siyasət
4 Aprel , 2015 13:01
Azərbaycan XİN soydaşlarının Yəməndən təxliyyə edilməsinə görə Rusiyaya təşəkkürünü bildirib

Bakı. 4 aprel. REPORT.AZ/ Bir qrup Azərbaycan Respublikası vətəndaşı Rusiya Federasiyası tərəfindən təmin edilmiş təyyarə vasitəsilə Yəməndən təxliyyə edilib və bu dəstəyə görə Rusiya Federasiyasına təşəkkürümüzü ifadə edirik. "Report"un məlumatına görə bu barədə bəyanatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

"Rusiya Federasiyasının Yəməndəki diplomatik nümayəndəliyinin əməkdaşları və Rusiya Fövqəladə hallar Nazirliyinin şəxsi heyətinin rolunu xüsusilə qeyd etmək istərdik", - bəyanatda deyilir.

Azərbaycan XİN növbəti qrup Azərbaycan vətəndaşlarının da Yəməndən təxliyyəsi üçün Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı Səfirliyi Rusiya tərəfi ilə əlaqələndirməni davam etdirir.

"Texniki məsələlər və uçuş icazələri hazır olan kimi Türkiyə də ayrılacaq təyyarə vasitəsilə Azərbaycan vətəndaşlarının təxliyyəsinə köməklik göstərməyə hazırlığını bildirmişdi. Buna görə Türkiyəyə də öz təşəkkürümüzü bildirmək istərdik", - bəyanatda deyilir.

Ümumiyyətlə, Yəməndə 20-yə yaxın Azərbaycan vətəndaşı vardır. Onların əksəriyyəti birgə nikahda olan şəxslərdir. 7 nəfər Azərbaycan vətəndaşı Yəməndə də akkreditasiya olunmuş Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyində konsulluq qeydiyyatından keçib.

Xarici İşlər Nazirliyinin təlimatı əsasında Səudiyyə Ərəbistanındakı Səfirliyimiz Yəməndə olan bütün Azərbaycan vətəndaşları ilə əlaqələndirməni davam etdirir. Yəməndəki hadisələr ilə əlaqədar 2015-ci ilin fevral ayından etibarən Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyinin internet səhifəsində qaynar xətt fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi