Azərbaycan XİN rəhbəri Aİ komissarı ilə görüşüb

Azərbaycan XİN rəhbəri Aİ komissarı ilə görüşüb Tərəflər Aİ-Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər
Xarici siyasət
8 Aprel , 2015 12:59
Azərbaycan XİN rəhbəri Aİ komissarı ilə görüşüb

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Hanı qəbul edib.

"Report" Azərbaycan XİN mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər  Aİ və Azərbaycandan arasında münasibətlərin hazırkı vəziyyətini və perspektivlərini, eləcə də Avropa genişlənmə və qonşuluq siyasətinin yenilənməsi məsələsini müzakirə ediblər.

Azərbaycan ilə Aİ arasında enerji sahəsində tərəfdaşlıq və TAP və TANAP layihələrinin əhəmiyyəti qeyd olunub.

Y.Hanın Azərbaycana səfəri aprelin 9-da başa çatacaq.

Qeyd edək ki, yaxın 4 ay ərzində Aİ Avropa Qonşuluq Siyasəti proqramına yenidən baxılması məsələsinə dair məsləhətləşmələr aparır. Yenilənən proqramın oktyabr ayına qədər qəbul olunacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi