Azərbaycan XİN: Myanmada müsəlmanlara qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatıq

Azərbaycan XİN: Myanmada müsəlmanlara qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatıq Hikmət Hacıyev: "Biz beynəlxalq ictimaiyyətin bu zorakılığın dayandırılması istiqamətində olan səylərini dəstəkləyirik"
Xarici siyasət
5 Sentyabr , 2017 13:00
Azərbaycan XİN: Myanmada müsəlmanlara qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatıq
Report

Bakı. 5 sentyabr. REPORT.AZ/ "Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatlığımızı ifadə edirik".

Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Biz beynəlxalq ictimaiyyətin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının bu zorakılığın dayandırılması istiqamətində olan səylərini dəstəkləyirik", - H.Hacıyev vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi