Azərbaycan ​XİN başçısı misirli həmkarına başsağlığı məktubu göndərib

Azərbaycan ​XİN başçısı misirli həmkarına başsağlığı məktubu göndərib Məktubda Azərbaycanın Misir xalqının dərdinə şərik çıxdığı və terrorizmin bütün forma və təzahürlərini pislədiyi qeyd olunub
Xarici siyasət
17 Fevral , 2015 18:42
Azərbaycan ​XİN başçısı misirli həmkarına başsağlığı məktubu göndərib

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının 21 nəfər vətəndaşının terrorçular tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ilə əlaqədar bu ölkənin xarici işlər naziri Sameh Şukriyə başsağlığı məktubu göndərib. 

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, məktubda nazir Elmar Məmmədyarov terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikasının Misir xalqının dərdinə şərik çıxdığını qeyd edir və bir daha terrorizmin bütün forma və təzahürlərini pisləyir. 

Son xəbərlər

Orphus sistemi