Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız səfər edə biləcəklər

Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız səfər edə biləcəklər Qərar əsasında Azərbaycan vətəndaşları həmin ölkədə 90 gün müddətində vizasız qalmaq hüququna malikdirlər
Xarici siyasət
4613
19 Dekabr , 2014 13:15
Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız səfər edə biləcəklər

Bakı. 19 dekabr. REPORT.AZ/ Bosniya və Herseqovina Azərbaycan Respublikasının vətəndaşları üçün viza rejimini aradan qaldırıb. "Report"un məlumatına görə, bu qərar Bosniya və Herseqovina Nazirlər Şurasının iclasında qəbul olunub.

Qərara əsasən, Bosniya və Herseqovina 10 ölkə ilə viza rejimini aradan qaldırıb. Həmin ölkələr sırasına Azərbaycan da daxildir.

Beləliklə, bu qərar əsasında Azərbaycan vətəndaşları Bosniya və Herseqovinada 90 gün müddətində vizasız qala biləcəklər.

Son xəbərlər

Orphus sistemi