Azərbaycanla Yunanıstan arasında ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub - YENİLƏNİB

Azərbaycanla Yunanıstan arasında ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub - YENİLƏNİB Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində yunanıstanlı həmkarı George Gerapetritislə görüşüb.
Xarici siyasət
24 Sentyabr , 2024 23:25
Azərbaycanla Yunanıstan arasında ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Azərbaycanla Yunanıstan arasında siyasi, iqtisadi, energetika və bərpa olunan enerji mənbələri, eləcə də humanitar sahələrdə münasibətlərin inkişaf perspektivləri, əlaqələrin inkişafında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.

C.Bayramov Azərbaycanın enerji sahəsində etibarlı strateji tərəfdaş olaraq, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını və bu istiqamətdə bir sıra, o cümlədən Cənub Qaz Dəhlizi, Trans-Adriatik qaz kəməri və s. kimi uğurlu layihələrin həyata keçirildiyini bildirib.

Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni tərəfdaşlıq sahələri üçün əlverişli imkanlar yaratdığı vurğulanıb.

Nazir qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi barədə məlumatlandırıb.

Görüşdə həmçinin əlavə əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

20:55

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində yunanıstanlı həmkarı George Gerapetritislə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” səhifəsində paylaşım edilib.

Görüş zamanı ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub, birgə iqtisadi və enerji təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi