Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçiriləcək

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçiriləcək Bununla əlaqədar Xorvatiya XİN-in nümayəndə heyəti Bakıya gələcək
Xarici siyasət
10 Aprel , 2017 12:32
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçiriləcək

Bakı. 10 aprel. REPORT.AZ/ Bakıda aprel ayında Azərbaycan və Xorvatiya arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçiriləcək.

Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Refik Şabanoviçin "Report"a verdiyi məlumata görə, məsləhətləşmələr, çox güman, ayın sonunda baş tutacaq.

Onun sözlərinə görə, bununla əlaqədar Xorvatiya XİN-in nümayəndə heyəti Bakıya gələcək. Hazırda məsləhətləşmələrin dəqiq tarixi və gündəliyi işlənib hazırlanır.

Son xəbərlər

Orphus sistemi