Azərbaycan və Ukrayna hüquq-mühafizə orqanları arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Ukrayna hüquq-mühafizə orqanları arasında əməkdaşlıq müzakirə edilib Sergey Knyazev: "Ukrayna polisi ölkə vətəndaşları və onun qonaqlarının özlərini təhlükəsizlikdə hiss etməsi üçün mümkün olan hər şeyi edir"
Xarici siyasət
17 Mart , 2017 19:55
Azərbaycan və Ukrayna hüquq-mühafizə orqanları arasında əməkdaşlıq müzakirə edilib
Report.az

Kiyev. 17 mart. REPORT.AZ/ Ukrayna Milli Polisinin rəhbəri Sergey Knyazev Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Daxili İşlər Nazirliyinin nümayəndəsi Şahin Qocayev ilə görüşüb.

"Report"un Ukrayna bürosunun verdiyi məlumata görə, görüş zamanı S.Knyazev polisin həmişə Ukrayna ərazisində bütün vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün digər ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. 

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib ki, Ukraynadakı Azərbaycan diasporu hazırda təxminən 500 min nəfəri əhatə edir. Səfir onların Ukraynada özlərini təhlükəsizlikdə hiss etmələrinin vacibliyini vurğulayıb.

"Ukrayna polisi ölkə vətəndaşları və onun qonaqlarının özlərini təhlükəsizlikdə hiss etməsi üçün mümkün olan hər şeyi edir", - deyə S.Knyazev vurğulayıb.

Görüş iştirakçıları cinayətkarlığa qarşı mübarizədə, eləcə də vətəndaşların hüquq və azadlıqlarının qorunmasında qarşılıqlı əməkdaşlığı dərinləşdirmək məqsədilə iki ölkənin hüquq-mühafizə orqanlarının səylərini birləşdirməyə hazır olduqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi