Azərbaycan və Serbiya arasında qarşılıqlı sərmayə qoyuluşu müzakirə edilib

Azərbaycan və Serbiya arasında qarşılıqlı sərmayə qoyuluşu müzakirə edilib Azərbaycan səfiri Serbiyanın İqtisadiyat Nazirliyinin dövlət katibi ilə görüşüb
Xarici siyasət
20 Mart , 2018 12:17
Azərbaycan və Serbiya arasında qarşılıqlı sərmayə qoyuluşu müzakirə edilib

Bakı. 20 mart. REPORT.AZ/ Azərbaycan səfiri Eldar Həsənov Serbiyanın İqtisadiyat Nazirliyinin dövlət katibi Draqan Stevanoviçlə iki ölkə arasındakı siyasi və iqtisadi əməkdaşlığı, həmçinin qarşılıqlı sərmayə qoyuluşunu müzakirə edib.

"Report" Serbiya hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, D.Stevanoviç görüşdə Serbiya və Azərbaycan arasında siyasi münasibətlərin güclü olduğunu bildirib.

Onun sözlərinə görə, Serbiya tərəfi iqtisadi əlaqələrin intensivləşməsində maraqlıdır. Dövlət katibi qeyd edib ki, Serbiyada investisiya yatırılması üçün geniş imkanlar yaradılıb və dövlət iqtisadiyyatın zəif inkişaf etmiş sahələrinə sərmayələrin qoyuluşunu təşviq edir.

E.Həsənov vurğulayıb ki, azərbaycanlı iş adamları, əsasən, emal sənayesi, o cümlədən ağac emalı sahəsi üzrə müəssisələrin yaradılmasında maraqlıdırlar.

Son xəbərlər

Orphus sistemi