Ceyhun Bayramovla Sergey Lavrovun geniştərkibli görüşü başa çatıb

Ceyhun Bayramovla Sergey Lavrovun geniştərkibli görüşü başa çatıb Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrovun təkbətək görüşü başa çatıb
Xarici siyasət
24 İyun , 2022 13:04
Ceyhun Bayramovla Sergey Lavrovun geniştərkibli görüşü başa çatıb

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında geniştərkibli görüş başa çatıb.

“Report” xəbər verir ki, hazırda nazirlər birgə brifinq keçirirlər.

12:06

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrovun təkbətək görüşü başa çatıb.

“Report” xəbər verir ki, hazırda nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.

11:36

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

C.Bayramov S.Lavrovu nazirliyin önündə qarşılayıb. Daha sonra XİN başçılarının təkbətək görüşü başlayıb.

Qeyd edək ki, S.Lavrov iyunun 23-də Azərbaycana səfərə gəlib.

Son xəbərlər

Orphus sistemi