Azərbaycan və Rusiya FHN-lər arasında əməkdaşlıq planı imzalanıb

Azərbaycan və Rusiya FHN-lər arasında əməkdaşlıq planı imzalanıb Bu gün Bakıda “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması Nazirliyi arasında 2024-2026-cı illər üçün birgə fəaliyyət planı”nın imzal
Xarici siyasət
31 Yanvar , 2024 12:17
Azərbaycan və Rusiya FHN-lər arasında əməkdaşlıq planı imzalanıb

Bu gün Bakıda “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması arasında 2024-2026-cı illər üçün birgə Fəaliyyət Planı”nın imzalanma mərasimi olub.

“Report” xəbər verir ki, sənədi Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Bakıda səfərdə olan Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov imzalayıblar.

K.Heydərov “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2024-2026-cı illər üçün birgə Fəaliyyət Planı”nın əməkdaşlığın daha da inkişaf etdirilməsinə əlavə təkan verəcəyinə əminlik ifadə edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkov iki nazirlik arasında münasibətlərin genişlənməsindən məmnunluq ifadə edib, müxtəlif istiqamətlər üzrə əməkdaşlığın daha da dərinləşməsinin qarşılıqlı faydasından danışıb. Bu məqsədlə, hər iki nazirlik arasında müxtəlif səviyyəli səfərlərin, keçirilən görüş və müzakirələrin əhəmiyyətini vurğulayıb.

Nazir A.Kurenkov, həmçinin Rusiya ərazisində müxtəlif vaxtlarda baş vermiş fövqəladə hadisələr zamanı göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Qonaq əmin olduğunu bildirib ki, imzalanan Fəaliyyət Planı iki ölkənin uyğun qurumları arasında fövqəladə halların idarə olunması sahəsində müxtəlif əməkdaşlıq formalarının reallaşdırılması üçün yeni imkanlar açacaq.

Son xəbərlər

Orphus sistemi