Azərbaycan və Macarıstan arasında beş sənəd imzalanacaq

Azərbaycan və Macarıstan arasında beş sənəd imzalanacaq Sazişlər mülki aviasiya, təhsil, idman sahələrini əhatə edəcək
Xarici siyasət
139
4 Noyabr , 2014 16:27
Azərbaycan və Macarıstan arasında beş sənəd imzalanacaq

Bakı. 4 noyabr. REPORT.AZ/ Gələn həftə Azərbaycan və Macarıstan arasında beş sənəd imzalanacaq.

"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, sənədlərin Azərbaycan prezidenti İlham Əliyevin noyabr ayının 10-11-də Macarıstana rəsmi səfəri çərçivəsində imzalanması gözlənilir.

Məlumata görə, imzalanması nəzərdə tutulan sazişlər strateji əməkdaşlıqdan başqa mülki aviasiya, təhsil, idman sahələrini əhatə edir.

Son xəbərlər

Orphus sistemi