Azərbaycan və İordaniya arasında siyasi məsləhətləşmələrin birinci raundu keçirilib
- 15 may, 2023
- 13:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və İordaniya arasında siyasi məsləhətləşmələrin birinci raundu baş tutub.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov tviter səhifəsində yazıb.
Məsləhətləşmələrdə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Fərid Rzayev, İordaniya tərəfdən diplomatik məsələlər və ekspatriatlar üzrə baş katib Lina Əl-Hədid iştirak edib.
Tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.
Within the framework of the 1st round of inter-ministerial - political consultations the Deputy Minister of @AzerbaijanMFA H.E. Mr. Fariz Rzayev met with H.E. Mrs. Leena Al-Hadid - Secretary General for Diplomatic Affairs and Expatriates @ForeignMinistry pic.twitter.com/hLge5nxr93
— Eldar Salimov (@SalimovEldar) May 15, 2023