16 sentyabr tarixində Azərbaycan Xarici İşlər nazirinin müavini
XİN-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, telefon söhbəti zamanı, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu qeyd edilib, əlaqələrin hazırkı vəziyyəti təhlil olunub və gündəlikdə duran cari məsələlər, qarşılıqlı səfərlər və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər, Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişafından, Bretton Vudz təsisatlarında əməkdaşlıqdan məmnunluq ifadə etmiş və əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıblar.
İki ölkə arasında xüsusilə də iqtisadiyyat və ətraf mühitin qorunması sahələrində, habelə peşə təhsili üzrə əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
X.Xələfov həmsöhbətinə ölkəmizdə aparılan islahatlar haqqında ətraflı məlumat verib.
Söhbət zamanı həmçinin Azərbaycan və İsveçrə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib.