Azərbaycan və Fələstin arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür

Azərbaycan və Fələstin arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür Azərbaycan və Fələstin arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür.
Xarici siyasət
15 Aprel , 2022 09:32
Azərbaycan və Fələstin arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür

Bu gün Azərbaycan və Fələstin arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür.

"Report" xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu münasibətlə tviter səhifəsində paylaşım edib.

“Bu gün Azərbaycan və Fələstin arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə Fələstin hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Fələstin arasında əməkdaşlığın daha da inkişafını səbirsizliklə gözləyirik”, - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi