Yuxarı

Azərbaycan və Bolqarıstan energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan səfiri Bolqarıstanın energetika naziri ilə görüşüb

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkənin energetika naziri Temenujka Petkova ilə görüşüb.

"Report" Bolqarıstan Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər ölkələr arasında enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edib.

Görüş zamanı səfir N.Qurbanova təmsil etdiyi ölkənin Cənub Qaz Dəhlizi ilə bağlı layihələrin inkişafında maraqlı olduğunu bildirib.

Öz növbəsində, nazir T.Petkova qonağa Bolqarıstanda enerji layihələrinin həyata keçirilməsi və Bolqarıstan ərazisində şəbəkə tikilməsi haqqında hökumət layihəsi barədə məlumat verib.

Görüş zamanı həmçinin Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyanın iclasının hər iki tərəf üçün uyğun vaxtı barədə müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi