Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycanla
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas "Report"a bildirib ki, danışıqların əsas mövzusu ticarət əməkdaşlığı olacaq.
"Brüsseldən Avropa Komissiyasının ticarət məsələləri üzrə nümayəndəsi Petros Sremelisin rəhbərliyi ilə böyük nümayəndə heyətinin gələcəyini gözləyirik. Bakıya həmçinin Avropa Xarici Fəaliyyət Xidmətində Avropa və Mərkəzi Asiya İdarəsinin rəis müavini Lük Devin də gələcək. Görüşlərdə bir sıra məsələlər, o cümlədən siyasi məsələlər müzakirə olunacaq. Lakin danışıqların bu mərhələsinin əsas mövzusu ticarət olacaq", - o deyib.
Səfirin sözlərinə görə, dekabrın 6-da Bakıda həmçinin Azərbaycan-Aİ Ticarət Alt Komitəsinin iclası keçiriləcək.