Azərbaycanla Anqola arasında siyasi məsləhətləşmələr mexanizmi yaradılır
Xarici siyasət
- 13 noyabr, 2024
- 13:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanla Anqola arasında siyasi məsləhətləşmələr mexanizmi yaradılır.
Bu barədə "Report" Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev ilə Anqola Xarici Əlaqələr Nazirliyinin Dövlət Katibi Esmeralda Mendonza ikitərəfli görüşdə Anlaşma Memorandumu imzalayıblar.
Bildirilib ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Azərbaycan və Anqola arasında siyasi məsləhətləşmələr üzrə mexanizmin yaradılmasının ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığın əlaqələndirilməsinə və inkişafına xidmət edəcəyi vurğulanıb.
Son xəbərlər
12:49
Bakıda dumanlı hava müşahidə olunur
Ekologiya
12:48
Foto
AFFA I Liqa klublarının üzvləri üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiyalar keçirib
Futbol
12:38
Azərbaycanda 7 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib
İnfrastruktur
12:36
Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib
Milli Məclis
12:35
Ətraf mühit hesabatlarının ictimai açıqlığına dair qanun layihəsi qəbul edilib
Milli Məclis
12:34
Sekyuritizasiya üzrə hüquqi çərçivə yaradılması III oxunuşda qəbul edilib
Maliyyə
12:32
Ekspert: Azərbaycan II Qarabağ müharibəsində təkcə dronlarla deyil, strategiya sayəsində qələbə qazanıb
Xarici siyasət
12:31
Xəzərdə beynəlxalq narkotik satışı kanalının qarşısı alınıb, 109 kq narkotik müsadirə edilib
Digər ölkələr
12:28
Azərbaycanla Özbəkistan arasındakı müqavilə və saziş ratifikasiya edilib
Milli Məclis