Azərbaycan və Albaniya prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Albaniya prezidentləri arasında telefon danışığı olub Aprelin 22-də Albaniya Respublikasının Prezidenti İlir Meta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Xarici siyasət
22 Aprel , 2020 19:26
Azərbaycan və Albaniya prezidentləri arasında telefon danışığı olub

Aprelin 22-də Albaniya Respublikasının Prezidenti İlir Meta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.  

Söhbət zamanı Azərbaycanla Albaniya arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Dövlət başçıları Trans-Adriatik qaz boru kəməri layihəsinin uğurla reallaşdırıldığını bildirərək bunun həm ölkələrimiz arasında əlaqələrin, həm də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyini vurğulayıblar. 

Telefon danışığı zamanı İlir Metanın Azərbaycana səfəri məmnunluqla xatırlanıb, bu səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi qeyd edilib.

Prezident İlham Əliyev və Prezident İlir Meta koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı məsələləri müzakirə ediblər.

Albaniya Prezidenti Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib.

Dəvət minnətdarlıqla qəbul edilib.

Son xəbərlər

Orphus sistemi