Yuxarı
    Bağlamaq

    Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşünün tarixi açıqlanıb

    Üçtərəfli zirvə toplantısı oktyabrın 12-də Türkmənistanın Avaza şəhərində keçiriləcək

    Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov oktyabrın 12-də Türkmənistanın Avaza şəhərində görüşəcək.

    "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. 

    Türkiyə Prezidenti Administrasiyasından bildirilib ki, üçtərəfli görüşdə bölgədə iş birliyi, qarşılıqlı əməkdaşlıq, təhlükəsizlik, sabitlik və bölgənin rifahına dair məsələlərin müzakirə ediləcəyi gözlənilir.

    Üçtərəfli zirvə toplantısının keçirilməsi haqda qərar bu il avqustun 28-də Antalyada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşündə qəbul edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi