Azərbaycan, Türkiyə və İran liderlərinin və XİN başçılarının görüşünə hazırlıq görülür

Azərbaycan, Türkiyə və İran liderlərinin və XİN başçılarının görüşünə hazırlıq görülür “Türkiyənin Qafqaz mövzusundakı əməkdaşlığı bölgə ölkələri və xalqları üçün faydalı olacaq”
Xarici siyasət
29 Yanvar , 2021 12:35
Azərbaycan, Türkiyə və İran liderlərinin və XİN başçılarının görüşünə hazırlıq görülür

“İran, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin toplantısı yaxın zamanlarda İranda keçiriləcək”.

“Report” xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 29-da İstanbulda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Türkiyənin Qafqaz mövzusundakı əməkdaşlığı bölgə ölkələri və xalqları üçün faydalı olacaq”, - o deyib.

M.Çavuşoğlu isə bildirib ki, Türkiyə, İran və Azərbaycan rəhbərliyinin üçtərəfli görüşləri olacaq: “Bu toplantıların xarici işlər nazirləri və liderlər səviyyəsində keçirilməsi üçün hazırlıqlara başlamışıq”.

Son xəbərlər

Orphus sistemi