Azərbaycan-Türkiyə sərhədi müvəqqəti bağlandı - ƏLAVƏ OLUNUB

Azərbaycan-Türkiyə sərhədi müvəqqəti bağlandı - ƏLAVƏ OLUNUB Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Xarici siyasət
14 Mart , 2020 18:27
Azərbaycan-Türkiyə sərhədi müvəqqəti bağlandı - ƏLAVƏ OLUNUB

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə ölkələrimiz tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar.

Prezidentlər koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər.

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinin yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə ediblər.


***18:15

Azərbaycan və Türkiyə arasında hava və quru əlaqələrinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhdudiyyətlər yalnız yük daşımalarına şamil olunmayacaq. 

Qərar, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə qəbul edilib.  

Son xəbərlər

Orphus sistemi