Azərbaycan Şimal-Cənub dəhlizinin əsas halqasına çevrilə bilər

Azərbaycan Şimal-Cənub dəhlizinin əsas halqasına çevrilə bilər Azərbaycan Şimal – Cənub nəqliyyat dəhlizinin əsas halqasına çevrilə bilər.
Xarici siyasət
20 Aprel , 2022 12:46
Azərbaycan Şimal-Cənub dəhlizinin əsas halqasına çevrilə bilər

"Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin əsas halqasına çevrilə bilər".

“Report” xəbər verir ki, bunu Rusiya hökumətinin sədr müavini katibliyinin rəhbər müavini Fedor Çernitsin iki ölkə arasında iqtisadi əməkdaşlığa dair Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən seminarda bildirib.

Onun fikrincə, Avrasiya İqtisadi İttifaqı (EEU) regionu, Rusiya və qonşu ölkələr arasında tarixən yaxın əməkdaşlıq əlaqələri qurulub, hazırda EEU ölkələri ticarət əlaqələrinin istiqamətlərini daha da genişlərndirirlər.

“Avrasiya inteqrasiya prosesləri Azərbaycan üçün də əhəmiyyətlidir, çünki Rusiya ilə Azərbaycan ticarət tərəfdaşlarıdır. O cümlədən Rusiya Azərbaycandan qeyri-neft məhsulları idxal edir”,- Rusiya rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi