Bakı. 27 İyun. REPORT.AZ/ Azərbaycanın Rusiyadakı səfirliyi Silahlı Qüvvələrimizin yaradılmasının 97-ci ildönümü münasibətilə təntənəli qəbul təşkil edib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbiri açaraq Azərbaycan Ordusunun ilk hərbi hissəsindən - əlahiddə korpusun tarixindən danışıb. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli Silahlı Qüvvələrin yaradılmasında və inkişafındakı rolunu xüsusilə qeyd edib.
Səfir qeyd edib ki, müstəqillik illərində Azərbaycan dövləti güclü və müasir milli ordu quruculuğuna xüsusi diqqət yetirir. “Bu isə əbəs deyildir. Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalıb, ölkəmizin ərazisinin 20 faizi işğal edilib. Hazırda Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanının istənilən tapşırığını yerinə yetirməyə qadirdir”, - deyə diplomat bildirib.
O, həmçinin vurğulayıb ki, ölkəmiz Ermənistan-Azərbaycan,
Daha sonra Azərbaycanın Rusiyadakı səfirliyinin hərbi attaşesi Rac Babayev çıxış edib.
Təntənəli tədbirdə Rusiyada akkreditə olunmuş səfirliklərin hərbi attaşeləri, diaspor üzvləri, KİV nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında sənədli film nümayiş olunub.