Azərbaycan səfirliyi Türkiyəni milli bayramı münasibətilə təbrik edib

Azərbaycan səfirliyi Türkiyəni milli bayramı münasibətilə təbrik edib Azərbaycanın Ankaradakı səfirliyi Türkiyəni 19 May – Atatürkü anma, Gənclər və İdman Günü münasibətilə təbrik edib
Xarici siyasət
19 May , 2022 17:14
Azərbaycan səfirliyi Türkiyəni milli bayramı münasibətilə təbrik edib

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyəni 19 May-Atatürkü anma, Gənclər və İdman Günü münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin tviter hesabında paylaşım edilib.

“Qardaş Türkiyəni 19 May-Gənclər və İdman Bayramı münasibətilə təbrik edirik. Başda Qazi Mustafa Kamal Atatürk olmaqla Milli Mübarizə qəhrəmanlarını hörmət və ehtiramla anırıq”, - paylaşımda bildirilib.

Qeyd edək ki, 19 May - Atatürkü Anma, Gənclik və İdman Günü Türkiyə və Şimali Kipr Türk Respublikasının (ŞKTR) rəsmi bayramıdır. 1919-cu il mayın 19-da Mustafa Kamal Atatürk Bandırma paroxod ilə Samsuna lövbər salıb və həmin gün Türkiyənin müttəfiq dövlətlərin işğalına qarşı Qurtuluş Savaşının başlanğıcı hesab olunur. Atatürk bu bayramı türk gənclərinə ərməğan edib. Uzun illər “Gənclik və İdman Bayramı” olaraq qeyd olunan bayram 1981-ci ildə Prezident Kənan Evrənin qərarı ilə qəbul edilən və Atatürk ili elan edilən dəyişikliklə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” adlandırılıb.

Son xəbərlər

Orphus sistemi