Azərbaycan səfiri Yaponiyanın baş nazirinin təşkil etdiyi iftar süfrəsində iştirak edib

Azərbaycan səfiri Yaponiyanın baş nazirinin təşkil etdiyi iftar süfrəsində iştirak edib Tədbirdə qonaqlara, həmçinin Azərbaycanın milli yeməyi olan dolma təqdim edilib
Xarici siyasət
21 İyun , 2016 14:11
Azərbaycan səfiri Yaponiyanın baş nazirinin təşkil etdiyi iftar süfrəsində iştirak edib

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Yaponiyanın baş naziri Sindzo Abenin Yaponiyada fəaliyyət göstərən müsəlman ölkələrinin səfirləri və diplomatları üçün təşkil etdiyi iftar süfrəsində iştirak edib.

Tokiodakı Azərbaycan səfirliyindən "Report"a verilən məlumata görə, iftar süfrəsində Yaponiya hökumətinin digər yüksək çinli məmurları da iştirak ediblər.

Tədbirdə qonaqlara, həmçinin Azərbaycanın milli yeməyi olan dolma təqdim edilib.