Azərbaycan səfiri və deputatlar Litvanın Klaypeda şəhərinə səfər ediblər

Azərbaycan səfiri və deputatlar Litvanın Klaypeda şəhərinə səfər ediblər Səfər zamanı şəhərin meri və limanın rəhbəri ilə görüş keçirilib
Xarici siyasət
19 May , 2016 21:20
Azərbaycan səfiri və deputatlar Litvanın Klaypeda şəhərinə səfər ediblər

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə və Litvada rəsmi səfərdə olan Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Klaypeda şəhərinə səfər ediblər.

Azərbaycanın Litvadakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər zamanı Klaypeda şəhərinin meri Vitautas Qrubliauskas və Klaypeda limanının rəhbərliyi ilə görüşlər keçirilib.

Şəhər meri ilə görüş zamanı Azərbaycan və Litva arasında siyasi, sosial, humanitar və iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, o cümlədən ölkələrimizin regionlararası əlaqələrin genişləndirilməsində maraqlı olduğu bildirilib. İki ölkə arasında münasibətlərin inkişafında humanitar sahənin xüsusi rol oynadığı vurğulanaraq, regionlar arasında bir başa mədəni əlaqələrin qurulmasının vacibliyi qeyd edilib.

Daha sonra, Klaypeda Limanının rəhbərliyi ilə görüş keçirilib. Görüşdə limanın rəhbərliyi tərəfindən limanın infrastrukturu, imkanları, həyata keçirilən yeni layihələr barədə məlumat verilib, iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi, sərmayələrin yatırılması məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi