Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycanın Afrika İttifaqı yanında daimi nümayəndəsi səfir Elman Abdullayev Mali Respublikasının xarici işlər, Afrika inteqrasiyası və beynəlxalq əməkdaşlıq üzrə naziri Abdulaye Diopla görüşüb.
Azərbaycanın Efiopiyadakı səfirliyindən "Report"a verilən məlumata görə, görüş Afrika İttifaqının 28-ci zirvə iclası çərçivəsində keçirilib.
Görüş zamanı ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq perspektivləri müzakirə edilib, iki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkaşlıqdan məmnunluq ifadə olunub.
Eyni zamanda, görüşdə tərəflər arasında səfər mübadiləsinin həyata keçirilməsinin vacibliyi qeyd edilib, hüquq-müqavilə bazasının yaradılması üçün müvafiq addımların atılmasına dair fikir mübadiləsi aparılıb.