Azərbaycan səfiri İran parlamentinin komitə sədri ilə görüşüb

Azərbaycan səfiri İran parlamentinin komitə sədri ilə görüşüb Səfir İranla ticarət, iqtisadi və siyasi əlaqələrin inkişafı və möhkəmləndirilməsindən məmnunluğunu ifadə edib
Xarici siyasət
31 Yanvar , 2017 09:41
Azərbaycan səfiri İran parlamentinin komitə sədri ilə görüşüb

Bakı. 31 yanvar. REPORT.AZ/ İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Alaəddin Burucerdi Azərbaycanın Tehrandakı səfiri Bünyad Hüseynov ilə görüşüb.

"Report" "Mehr"ə istinadən xəbər verir ki, görüşdə iranlı parlamentari ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün güclü özülün olduğunu qeyd edib. O, həmçinin İran və Azərbaycan parlamentləri arasında da yaxşı münasibətlərin olduğunu vurğulayıb.

Öz növbəsində, B.Hüseynov A.Burucerdiyə Tehranda binanın çökməsi nəticəsində çox sayda yanğınsöndürənin ölümü ilə əlaqədar başsağlığı verib.

O, həmçinin İranla ticarət, iqtisadi və siyasi əlaqələrin inkişafı və möhkəmləndirilməsindən məmnunluğunu ifadə edib.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin yaxın vaxtlarda İrana səfər etməyi planlaşdırdığını da əlavə edib.

Son xəbərlər

Orphus sistemi