Azərbaycan səfiri Gürcüstan müsəlmanlarının vəziyyəti ilə maraqlanıb

Azərbaycan səfiri Gürcüstan müsəlmanlarının vəziyyəti ilə maraqlanıb Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstan Müsəlmanları İdarəsinə (GMİ) baş çəkib.
Xarici siyasət
16 Oktyabr , 2020 14:34
Azərbaycan səfiri Gürcüstan müsəlmanlarının vəziyyəti ilə maraqlanıb

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstan Müsəlmanları İdarəsinə (GMİ) baş çəkib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə GMİ-dən bildirilib.

İdarənin ofisində keçirilən görüşdə GMİ sədri şeyx Hacı Ramin İgidov Gürüstanda dini vəziyyət, dövlət-din və dinlərarası münasibətlər, müsəlmanların dini vəziyyəti haqda ətraflı məlumat təqdim edib.

O, idarənin bir çox xarici ölkələrdəki dini təşkilat və mötəbər qurumlarla əməkdaşlıq etdiyini vurğulayıb, dövlətin digər dinlərlə yanaşı, sağlam İslam dininin yaşaması istiqamətində göstərdiyi diqqət və qayğıdan da danışıb.

R.İgidov Azərbaycan üçün dua və xoş arzularını, şəhid olan əsgər və mülki şəxslərə rəhmət, ailələrinə isə səbr diləklərini çatdırıb.

F.Quliyev, öz növbəsində, Azərbaycana göstərilən dəstəyə görə Gürcüstanın dini rəhbərliyinə və ictimaiyyətinə minnətdarlığını bildirib. Səfir Gürcüstandakı dini vəziyyətlə maraqlandığını və GMİ ilə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan səfirliyinin birinci katibi Anar Rəsulov, şərqi Gürcüstanın müftisi vəzifəsini icra edən hacı Ayvaz Mərdanov və GMİ-nin Ali Dini Şurasının üzvü hacı Faiq Nəbiyev və əməkdaşı Oktay İsayev də iştirak edib.

Son xəbərlər

Orphus sistemi