Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanın Bolqarıstana yeni təyin olunmuş səfiri Nərgiz Qurbanova etimadnaməsini adıçəkilən ölkənin prezidenti Rosen Plevneliyevə təqdim edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Sofiyadakı səfirliyi məlumat yayıb.
Prezident sarayındakı görüş zamanı Bolqarıstan prezidenti və Azərbaycan səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

