Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti Zirvə görüşünün tarixi məlum olub

Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti Zirvə görüşünün tarixi məlum olub Bu barədə İran prezidenti Həsən Ruhani jurnalistlərə məlumat verib
Xarici siyasət
1 Noyabr , 2017 20:51
Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti Zirvə görüşünün tarixi məlum olub
İSNA

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti üçtərəfli Zirvə görüşünün tarixi məlum olub. 

“Report” TASS-a istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani mətbuat konfransında dövlət başçılarının növbəti görüşünün 2018-ci ildə Rusiyada keçiriləcəyini bildirib. 

"Vladimir Putin Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti üçtərəfli Zirvə görüşünün Rusiyada keçirilməsini təklif etdi və biz də bununla razılaşdıq. Beləliklə, dövlət başçılarının növbəti görüşü 2018-ci ildə Rusiyada baş tutacaq", - o deyib. 

Son xəbərlər

Orphus sistemi