Bakı. 15 noyabr. REPORT.AZ/ Moskva şəhərində Azərbaycan ilə Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib.
Görüş zamanı Azərbaycan ilə Rusiya arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub. Eyni zamanda 2019-cü il üçün komissiyanın iş planı təsdiqlənib və iclasın protokolu imzalanıb.
Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda baş tutub.
Birgə Komissiyanın növbəti iclasının Azərbaycan ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.