Yuxarı

Azərbaycan Prezidenti sinqapurlu həmkarını təbrik edib

“Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sinqapur xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Toni Tan Kenq Yama təbrik məktubu göndərib.

“Report”un xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sinqapur xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi